BMT əməkdaşlarının bir hissəsini İrandan çıxarır

24.06.2025

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 24 iyun, AZƏRTAC

BMT nümayəndəsi deyib ki, Birləşmiş Millətlər Təşkilatı təhlükəsizlik səbəbi ilə beynəlxalq əməkdaşlarının bir qismini və onların ailə üzvlərini müvəqqəti olaraq İrandan çıxarır.

AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, BMT-nin Cenevrədəki İnformasiya Xidmətinin direktoru Alessandra Velluççinin dediyinə görə, “BMT proqram üçün həlledici əhəmiyyət kəsb etməyən beynəlxalq əməkdaşların, eləcə də onların ailə üzvlərinin bir qismini müvəqqəti köçürmək qərarına gəlib”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью