BMT: Hər müharibənin qaydaları var, lakin Qəzzada...

23.12.2024

Icma.az, Mia.az saytına istinadən bildirir.

"Qəzza zolağında bütün müharibə qaydaları pozulub".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri BMT-nin Fələstinli Qaçqınlara Yardım İşlər üzrə Təşkilatının (UNRWA) Yaxın Şərq üzrə baş komissarı Filip Lazzarini deyib.

O bildirib ki, İsrailin hücumları bütün qırmızı xətləri keçib: "Hər müharibənin qaydaları var, lakin Qəzzada bütün bu qaydalar pozulub. Məktəblərə və xəstəxanalara hücumlar artıq adi hala çevrilib, dünya buna alışmamalıdır. İndi daha atəşkəs də gecdir . Çünki hər şey dağıdılıb, insanlar fəlakətli həyatın içindədir. İndi yalnız o mülki insanların ölməməsinə, onlara qarşı hücumların dayandırılmasına çalışımalıyıq".

Tahir Şəlvəli
MİA.AZ

 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью