Turkstan.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış qurumu olan Beynəlxalq Dəniz Təşkilatı (IMO) bildirib ki, təxminən 1100 dənizçini daşıyan 57 gəmi iyunun 23-dən etibarən həyata keçirilən təxliyə əməliyyatları çərçivəsində Hörmüz boğazından keçib.
Turkustan.az xəbər verir ki, IMO-nun məlumatına görə, bölgədə yaranmış təhlükəsizlik riskləri və kommersiya gəmiçiliyinə tətbiq olunan məhdudiyyətlər səbəbindən Körfəzdə qalan gəmilərin təxliyəsi istiqamətində işlər davam etdirilir.
Qurumun açıqlamasında qeyd olunub ki, iyunun 23-dən bəri ümumilikdə 57 gəmi boğazdan keçib. Onlardan 12-si bu gün, 32-si dünən, 13-ü isə iyunun 23-də marşrutu tamamlayıb.
IMO-nun baş katibi Arsenio Dominguez bildirib ki, Hörmüz boğazında tətbiq edilən məhdudiyyətlər səbəbindən Körfəz regionunda qalan təxminən 11 min dənizçinin təxliyəsi bir neçə həftə davam edə bilər.
Onun sözlərinə görə, təxliyə prosesinin təhlükəsiz və koordinasiyalı şəkildə həyata keçirilməsi üçün aidiyyəti qurumlarla əməkdaşlıq davam etdirilir.
Aytən Yaşar/ Turkustan.az