BMT ilə Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədinin imzalanacağı tarix açıqlanıb

31.01.2025

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 31 yanvar, AZƏRTAC

Bu ilin iyun ayına kimi BMT ilə Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair yeni Çərçivə Sənədi (2026-2030-cu illər) təsdiqlənəcək.

AZƏRTAC xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi (2026-2030-cu illər) üzrə “Yüksək Səviyyəli Strateji Prioritetləşdirmə” tədbirində deyib.

V.Andreeva qeyd edib ki, çərçivə sənədinin bu ilin sentyabr ayında imzalanması gözlənilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью