BMT İnkişaf Proqramının Azərbaycandakı rəhbəri vəzifəsindən geri çağırılıb

04.12.2024

Report.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

BMT İnkişaf Proqramının Azərbaycandakı rəhbəri Allesandro Roccasalvo BMT tərəfindən geri çağırılıb.

" Report"un diplomatik mənbədən əldə etdiyi məlumata görə, buna səbəb onun Azərbaycandakı fəaliyyət müddətinin başa çatması olub.

Qeyd edək ki, bundan əvvəl Allesandro Roccasalvonun Rəsmi Bakı üçün arzuolunmaz şəxs elan olunduğu və ölkəni tərk etdiyi barədə həqiqəti əks etdirməyən məlumatlar yayılıb.

Bizim Telegram kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью