BMT İnsan Hüquqları Şurasının 58 ci sessiyası işə başlayacaq

19.02.2025

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

BMT-nin Cenevrədəki ofisində təşkilatın İnsan Hüquqları Şurasının 58-ci sessiyası işə başlayacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsveçrənin BMT-nin Cenevrə bölməsindəki daimi nümayəndəsi səfir Yurq Lauber mətbuat konfransı keçirib.

Lauber İnsan Haqları Şurası çərçivəsində ayrıseçkiliyin qarşısının alınması, gender bərabərliyi, əlillərin hüquqları kimi mövzular üzərində işləməyə davam edəcəklərini bildirib.

Səfir qeyd edib ki,  Şuranın 6 həftə davam edəcək 58-ci Sessiyasının aprelin 4-də başa çatacaq.

Əli Hüseynov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью