Icma.az, Hurriyyet saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Birləşmiş Millətlər Təşkilatı (BMT) İran İslam Respublikasına yeni rezident-əlaqələndiricisi təyin edib.
"Report"un ABŞ bürosu xəbər verir ki, bu barədə BMT Baş katibinin sözçüsü Stefan Düjarrik məlumat yayıb.
Onun sözlərinə görə, Avstriya vətəndaşı Kristin Veqand (Christine Weigand) İran üzrə BMT rezident-əlaqələndiricisi vəzifəsini icra etməyə başlayıb. Təyinat İran hökumətinin razılığından sonra qüvvəyə minib. Hazırda Nyu-Yorkda olan diplomatın yaxın vaxtlarda Tehrana yollanacağı bildirilib.
S.Düjarrik qeyd edib ki, K. Veqand daha öncə BMT-nin Uşaq Fondunun (UNICEF) Ermənistan, Türkmənistan və İrandakı nümayəndəliklərində müxtəlif vəzifələrdə fəaliyyət göstərib.