BMT: İsrail 2024cü ildə 1767 binanı dağıdıb

07.01.2025

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

2024-cü ildə İsrail işğal altındakı İordan çayının qərb sahilində və Şərqi Qüdsdə fələstinlilərə məxsus 1767 binanı dağıdıb. 

Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, Bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin saytında məlumat verilib.

Bildirilib ki, qüvvələr 2010-cu ilin yanvarından 2025-ci ilin yanvarına qədər İordan çayının qərb sahilinin A və B bölgələrində dağıdılması nəticəsində 2822 fələstinlini deportasiya edib.

İordan çayının qərb sahilində A və B bölgələrində İsrailin hücumları nəticəsində zərər görən fələstinlilərin sayı isə 90 mini keçib. 

Əli Hüseynov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью