BMT: İsrailin “təhlükəsiz” yardım marşrutları təhlükəlidir

01.08.2025

Icma.az bildirir, Sherg.az portalına istinadən.

Qəzzada yaşayış sahələrini hədəf alan çoxsaylı hava hücumları ailələri məhv edib.Orada çoxlu sayda ölü, yaralı, qidaya ehtiyacı olan insanlar var.

Teleqraf xəbər verir ki, bunu BMT baş katibinin müavini Fərhan Haq gündəlik mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Qəzzada aclıq dərinləşdikcə, BMT qrupları hər fürsətdən istifadə etməyə çalışır və İsrailin nəzarətində olan məntəqələrdən yardım çatdırmaq üçün səy göstərir.

"BMT-nin yardımı İsrail rəsmilərinin "təhlükəsiz" adlandırdıqları marşrutlarla çatdırılır. Amma bu yollarda həm işçilər, həm də mülki şəxslər risklərlə qarşılaşırlar. İsrail humanitar yardım əməliyyatları ilə bağlı məhdudiyyətləri davam etdirir. BMT-nin keçən həftə üzrə yardımının yalnız 47 faizinə icazə verilib" - deyə, F.Haq bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью