BMT: İtki və Zərər Fondunun tam fəaliyyəti üçün COP29da qəbul edilmiş qərar çoxdan gözləni…
Icma.az, Report.az portalına istinadən məlumat yayır. İtki və Zərər Fondunun (Loss and Damage Fund) tam fəaliyyət göstərməsini təmin etmək ü
Bunu “Report”un ABŞ bürosuna açıqlamasında BMT-nin Azərbaycandakı rezident koordinatoru ofisinin rəhbəri Kanako Mabuçi deyib.
BMT rəsmisi qeyd edib ki, COP29-da Azərbaycanın sədirliyi ilə əldə olunan növbəti uğurdan bəhs edib: “İtki və Zərər Fondunun iqlim dəyişikliyinin mənfi təsirlərinə ən həssas olan ölkələri və icmaları dəstəkləmək məqsədi daşıyır.
BMT-nin Qaçqın Agentliyinin (UNHCR) son hesabatına əsasən, dünya üzrə 120 milyondan çox məcburi köçkünün dörddə üçü iqlim dəyişikliyindən ciddi şəkildə təsirlənən ölkələrdə yaşayır.
Buna görə də İtki və Zərər Fondunun tam fəaliyyət göstərməsini təmin etmək üçün COP29-da qəbul edilmiş qərar çoxdan gözlənilirdi.
Fond 2025-ci ildə layihələrin maliyyələşdirilməsinə başlayacaq.
Bu günə kimi Fonda verilən ümumi maliyyə dəstəyi 730 milyon ABŞ dollarını ötür”, – K.Mabuçi əlavə edib.
Qeyd edək ki, İtki və Zərər Fondunun yaradılması Misirdə keçirilmiş COP27 zamanı qərara alınmışdı.
Tam oxu
Xəbəri oxu