BMT: Kişilər hər saatda 5 qadın öldürürlər

24.11.2026

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Keçən il dünyada 47 mindən çox qadın və qız uşaqları, yəni saatda təxminən beş qadın qohumları tərəfindən öldürülüb.

“Cebheinfo.az” xəbər verir ki, Qadınlara Qarşı Zorakılığın Aradan Qaldırılması üzrə Beynəlxalq Gündən əvvəl dərc edilən hesabata görə, 2025-ci ildə öldürülən 78 min qadın və qızın təxminən 60 faizi ərləri və ya ailə üzvləri tərəfindən öldürülüb.

Birləşmiş Millətlər Təşkilatının (BMT) hesabatına görə, bu rəqəm əvvəlki illərdəki səviyyədə qalıb və heç bir müsbət irəliləyiş olmayıb. BMT-nin hesablamaları göstərir ki, son illərdə ərləri və ya ailə üzvləri tərəfindən öldürülən qadın və qızların sayı 45 min ilə 51 min arasında dəyişib.

Bu məlumatlar 122 ölkə və bölgədən əldə edilib. Ərləri və ya ailə üzvləri tərəfindən öldürülən qadın və qızların sayına görə Afrika yenidən siyahıya başçılıq edib. Keçən il qitədə qohumları tərəfindən 22.100 qadın və qız öldürülüb.

Siyahıda Afrikadan sonra Asiya gəlir və burada 15.100 qadın öldürülüb. Bu rəqəm Amerikada 7.400, Avropada 2.100 olaraq qeydə alınıb. Hesabatda həmçinin qeyd olunur ki, dünyada qətl halları azalsa da, bu proses xüsusən də Amerika və Avropada daha yavaş olub.

Qadınların ədliyyə sisteminə çıxışında üzləşdiyi maneələrə toxunan BMT həmçinin məişət zorakılığına qarşı daha əhatəli siyasətlərin aparılmasının vacibliyini bildirib.

Nigar
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью