BMT KTMT ilə əməkdaşlıq haqqında qətnamə qəbul etdi

19.11.2024

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

BMT Baş Assambleyası (GA) 79-cu sessiyasında Dünya Təşkilatı ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) arasında əməkdaşlığa dair qətnamə qəbul edib. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə KTMT-nin rəsmi saytında məlumat verilib.

Məlumata görə, sənəddə KTMT-nin sülhməramlı potensialının və regional təhlükəsizlik və sabitlik sisteminin gücləndirilməsinə mühüm əməli töhfə verdiyi qeyd olunub.

KTMT BMT-nin terrorizmə və mütəşəkkil transmilli cinayətlərə qarşı mübarizədə, narkotik və silahların qanunsuz dövriyyəsi, nizamsız miqrasiya və insan alveri ilə mübarizədə, təbii və texnogen fəlakətlərin nəticələrinin aradan qaldırılmasında iştirakını tanıdığını vurğulayıb.

Mina Mikayılova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью