BMT: Livanda 210dan çox tibb işçisi ölüb

19.11.2024

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Ötən ilin oktyabr ayından bəri Yaxın Şərqdə vəziyyət pisləşdiyi üçün Livanda ən azı 212 tibb işçisi dünyasını dəyişib.

“Report” xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin Livandadakı vəziyyətlə bağlı hesabatında deyilir.

Qeyd olunub ki, 2023-cü ilin oktyabr ayından bəri səhiyyə müəssisələrinə 136 hücum olub, nəticədə 212 tibb işçisi həlak olub. Belə ki, təkcə ötən həftə 70 tibbi işçisi dünyasını dəyişib.

Bundan başqa hücumlar nəticəsində Livandakı 178 tibb müəssisəsindən 21-i işləri dayandırmaq və ya göstərilən xidmətlərin həcmini azaltmaq məcburiyyətində qalıb.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью