BMT Madaqaskardakı etirazlarla bağlı dialoqa çağırır

08.10.2025

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

BMT-nin baş katibi Antonio Quterreş Madaqaskardakı vəziyyəti diqqətlə izləyir və tərəfləri dialoqa çağırır.

Redaktor.az xəbər verir ki, bu barədə BMT baş katibinin sözçüsü Stefan Düjarrik mətbuat konfransında bildirib.

"Baş katib Madaqaskardakı vəziyyəti diqqətlə izləyir və gənclərin etirazları sentyabrın 25-də başlayandan bəri insan və mal itkisindən dərin kədərlənir", - Düjarrik bildirib.

O, etirazların dinc, cana, əmlaka və qanunun aliliyinə hörmətlə keçirilməli olduğunu vurğulayır və dialoqa çağırır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью