BMT məruzəçisindən şok iddia: Avropa və İsrail hədəfdə

07.11.2026

Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

BMT-nin Fələstin üzrə xüsusi məruzəçisi Françeska Albanese Avropa ölkələrində xüsusi təlim keçmiş itlərin İsrail həbsxanalarında fələstinli məhbuslara qarşı cinsi zorakılıq aktlarında istifadə edildiyini iddia edib.

Turkustan.az xəbər verir ki,"Avropalılar insanlara təcavüz etmək üçün it satmaqdan qazanc əldə edirlər", — deyə BMT rəsmisi bildirib.

İrlandiya Parlamentinin Avropa İşləri Komitəsində parlamentarilərin və senatorların suallarını cavablandıran Albanese bu iddialara əsaslanaraq Avropa ölkələrini İsraili dəstəkləməkdə günahlandırıb.

Avropanı "İsrailin Fələstin torpaqlarını müstəmləkələşdirməsində payı olan tərəf" kimi xarakterizə edən məruzəçi, İrlandiyanı Aİ-yə sədrliyi dövründə beynəlxalq hüququn aliliyini qorumaq üçün qətiyyətli addımlar atmmağa və digər Aİ üzvü olan dövlətləri də bu mövqeyə cəlb etməyə çağırıb.

Aytən Yaşar/ Turkustan.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью