BMT: Müharibə başlanandan bəri Qəzzada humanitar təşkilatların 337 əməkdaşı həlak olub AZƏRTAC

27.11.2024

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 27 noyabr, AZƏRTAC

2023-cü ilin oktyabr ayından bəri Qəzza sektorunda həyatını itirən humanitar təşkilatların əməkdaşlarının sayı 337 nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə BMT-nin İşğal olunmuş Fələstin Əraziləri üzrə Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin hesabatında deyilir.

Təşkilatın məlumatına görə, həlak olanların 330-u fələstinli, 7-si isə xarici ölkə vətəndaşıdır. Həmçinin onların arasında BMT-nin 251, Qızıl Aypara Cəmiyyətinin 33, digər humanitar təşkilatların isə 53 əməkdaşı var.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью