BMT nin Azərbaycandakı nümayəndəliyi: Bakı ilə əməkdaşlığa sadiqik

03.03.2025

Icma.az, Report.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

BMT-nin Azərbaycandakı nümayəndəliyi ölkə hökuməti ilə əməkdaşlığa sadiqliyini ifadə edib.

“Report” xəbər verir ki, bu barədə missiyanın mətbuat xidmətinin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

"33 il əvvəl, 1992-ci il mart 2-də Azərbaycan BMT-yə üzv olub. O vaxtdan bəri Azərbaycan çoxtərəfli proseslərə fəal töhfə verir. BMT-nin Azərbaycandakı nümayəndəliyi ölkənin inkişaf prioritetlərini dəstəkləmək üçün hökumətlə əməkdaşlığa sadiqdir. Möhkəm əməkdaşlıq dayanıqlı inkişafın açarıdır", - paylaşımda qeyd olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью