BMT nin Baş katibi Ersin Tatarı Cenevrədə Kipr üzrə müzakirələrə dəvət edib

06.03.2025

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar BMT-nin Baş katibi Antonio Quterreşdən Cenevrədə Kiprlə bağlı müzakirələrdə iştirak etmək üçün rəsmi dəvət alıb.

AZƏRTAC-ın Kipr türk liderinin administrasiyasına istinadla verdiyi xəbərə görə, martın 17-18-də Kipr məsələsi üzrə fikir ayrılıqlarının həlli ilə bağlı geniş tərkibdə qeyri-rəsmi müzakirələrin keçirilməsi planlaşdırılır.

İştirakçılar martın 17-də nahar üçün toplanacaq, səhər saatlarında ikitərəfli görüşlər, ardınca isə BMT-nin Cenevrədəki mənzil-qərargahında geniş müzakirələr aparılacaq.

Kiprlə bağlı “5+1” formatında son qeyri-rəsmi konfrans (Türkiyə, Yunanıstan, Böyük Britaniya, iki Kipr icması və BMT) 2021-ci ildə İsveçrədə baş tutub.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью