BMT nin Baş katibi İsrailin hücumlarını pisləyib

03.05.2025

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş İsrailin Suriyanın suverenliyini pozan hücumlarını pisləyib.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Təşkilatın sözçüsü  Stefan Dujarrik açıqlama verib.

BMT Baş katibinin Dəməşqin bəzi bölgələrindəki gərginliyi narahatlıqla izlədiyini qeyd edən Dujarrik, mülki şəxslərə qarşı hər cür zorakılığı və məzhəb gərginliyini artıran fəaliyyətləri pislədiyini bildirib.

“Baş katib İsrailin Suriyanın suverenliyinə, o cümlədən Suriyanın paytaxtı Dəməşqə hücumlarını pisləyir”, - deyə Dujarrik bildirib. 

ƏIi Hüseynov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью