BMT nin baş katibi postuna namizədlərin adları açıqlandı İddialılar kimlərdir?

09.06.2026

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi postuna namizədlərin adları açıqlanıb.

Moderator.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının BMT yanında daimi nümayəndəsi Vasili Nebenzya "Vesti"yə müsahibəsində bildirib.

O deyib ki, həmin posta beş iddialı var.

Bunlar Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossi, Çilinin keçmiş prezidenti Mişel Baçelet, Seneqalın sabiq prezidenti Maki Sal, xüsusi məzuniyyətdə olan BMT-nin Ticarət və İnkişaf Konfransının (UNCTAD) Baş katibi Rebeka Qrinspan və BMT Baş Assambleyasının 73-cü sessiyasının sədri Maria Fernanda Espinosadir.

"Espinosa bu yaxınlarda meydana çıxıb. Ekvadorludur, mən onu yaxşı tanıyıram", - deyə Nebenzya bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью