BMT nin baş katibi: Suriyada baş verən hadisələrin səbəbkarları cavab verməlidir

12.03.2025

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş Suriyanın sahil bölgəsində baş verən zorakılıq hadisələrini pisləyərək, "Gərginliyin səbəbkarları cavab verməlidir" deyib.

Bizimyol.info xəbər verir ki, Quterreş "X" hesabından Suriyada baş verən son şiddət hadisələri ilə bağlı açıqlama verib.

Suriyanın sahil bölgəsindəki Tartus, Latakiya və Homs şəhərlərində baş verən zorakılıq hadisələrini pisləyən Quterreş deyib: "Qan tökülməsi dərhal dayandırılmalıdır. Vətəndaşlar qorunmalıdır. Pozuntulara yol verənlər məsuliyyətə cəlb edilməlidir".

Martın 6-da Lazkiyənin Ceble rayonunda devrilmiş rejim ünsürlərinin həyata keçirdiyi hücumda ən azı 11 təhlükəsizlik işçisi həyatını itirib. Hücumdan sonra Suriya təhlükəsizlik qüvvələri bölgədə genişmiqyaslı əməliyyata başlayıb. Şiddətli toqquşmalarda hər iki tərəfdən yüzlərlə insan həlak olub, çoxlu sayda mülki vətəndaş da həyatını itirib.

Suriya prezidenti Əhməd Şaraa ölkənin birliyini və həmrəyliyini qorumaq istəyib və təhlükəsizlik qüvvələrinə mülki şəxslərin təhlükəsizliyi ilə bağlı xəbərdarlıq edib. Suriya hökuməti təhlükəsizlik qüvvələrinin mümkün pozuntularını aşkar etmək və günahkarları həbs etmək üçün istintaq komitəsi yaradıb.

Səlahiyyətlilər, təhlükəsizlik qüvvələrinin sahil bölgəsindəki əməliyyatlarının martın 10-da başa çatdığını açıqlamışdı.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью