Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Vaşinqton, 22 may, AZƏRTAC
Dünən gecə Vaşinqtonda İsrail səfirliyinin iki əməkdaşının dəhşətli şəkildə qətlə yetirilməsini pisləyirəm.
AZƏRTAC xəbər verir ki, bu sözləri BMT-nin Baş katibi Antonio Quterreş deyib.
O bildirib ki, bu dəhşətli akta heç nə haqq qazandıra bilməz.
“Diplomatik rəsmilərə qarşı hücumları davamlı olaraq pislədiyimi bir daha təkrarlayıram. Günahkarın məsuliyyətə cəlb olunmasını tələb edirəm. Həlak olanların ailələrinə və yaxınlarına, həmçinin İsrail hökumətinə başsağlığı verirəm”, - deyə Baş katib əlavə edib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton