Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
BMT-nin mənzil-qərargahında Antonio Quterreşin səlahiyyət müddəti bu ilin sonunda başa çatdıqdan sonra boş qalacaq təşkilatın baş katibi vəzifəsinə namizədlər arasında açıq debat keçirilib.
Xəbəri “Anadolu” verib.
Bu vəzifəyə altı namizəd “BMT Baş katibinin seçilməsi ilə bağlı açıq müzakirə: növbəti baş katib” adlı müzakirə proqramında iştirak edib.
BMT Baş Assambleyasının zalında keçirilən açıq sessiya zamanı namizədlər moderatorların və iştirakçıların təşkilatdakı büdcə böhranı, BMT sistemində aparılan islahatlar, beynəlxalq münaqişələr və böhranlarla bağlı suallarını cavablandırıblar.
BMT Baş katibi vəzifəsinə namizədlər arasında MAQATE-nin baş direktoru Rafael Qrossi, BMT-nin İnsan Hüquqları üzrə keçmiş Ali Komissarı Mişel Baçelet, Seneqalın keçmiş prezidenti Maki Sall, BMT-nin Ticarət və İnkişaf Konfransının (UNCTAD) baş katibi Rebeka Qrinspan, BMT Baş Assambleyasının 73-cü sessiyasının (2018–2019) prezidenti Maria Fernanda Espinosa və Qayanın BMT-dəki daimi nümayəndəsi Karolin Rodrigez-Birkett var.
António Quterreş BMT-nin Baş katibi vəzifəsində ardıcıl iki dəfə beş il müddətinə çalışıb. Onun səlahiyyət müddəti bu ilin 31 dekabrında başa çatır.
P.ƏMİRCANOV
XQ