BMT nin Baş katibindən ölkələrə sülh ÇAĞIRIŞI

09.09.2026

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

BMT Baş katibi Antonio Quterreş BMT Baş Assambleyasının 81-ci sessiyasının onun Baş katib kimi iştirak etdiyi sonuncu sessiya olduğunu açıqlayıb.

Redaktor.az xəbər verir ki, Quterreş bu barədə X sosial şəbəkəsindəki hesabında paylaşım edib.

O bildirib ki, BMT Baş Assambleyasının fəaliyyəti daha yaxşı, sağlam və dinc gələcəyin qurulmasına kömək edə bilər.

Quterreş ölkələri qlobal problemlərin həlli üçün diplomatiya, dialoq və əməkdaşlıqdan istifadə etməyə çağırıb.

BMT Baş katibi qeyd edib ki, Baş Assambleya dünya ölkələrinin dövrümüzün ən ciddi problemlərini müzakirə etdiyi əsas beynəlxalq platformalardan biri olaraq qalır.

O, həmçinin BMT Baş Assambleyasının 81-ci sessiyasının sədri, Banqladeşin xarici işlər naziri Xəlilur Rəhmanın fəaliyyətinə dəstəyini ifadə edib.

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью