BMT nin əməkdaşı husi həbsxanasında öldü

01.11.2026

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Husilərin həbsxanasında saxlanılan BMT-nin İnsan Hüquqları İdarəsinin əməkdaşı Məhəmməd əş-Şami ölüb.

Axar.az xəbər verir ki, bu barədə BMT-nin insan hüquqları üzrə ali komissarı Volker Türk məlumat verib.

Türk müstəqil araşdırma aparılmasını, həmçinin BMT-nin digər əməkdaşlarının, humanitar yardım işçilərinin və vətəndaş cəmiyyəti nümayəndələrinin – ümumilikdə yüzdən çox insanın dərhal azad edilməsini tələb edib.

Onun sözlərinə görə, Məhəmməd əş-Şami 2024-cü ilin iyununda həbs edilmişdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью