BMT nin helikopteri atəşə tutuldu, 28 hərbçi həlak oldu TƏCİLİ

08.03.2025

Icma.az xəbər verir, Sitat.info saytına əsaslanaraq.

Birləşmiş Millətlər Təşkilatının (BMT) helikopteri Sudanın cənubunda atəşə tutulub.

Sitat.info xəbər verir ki, bu barədə ölkənin informasiya, rabitə, texnologiya və poçt xidməti naziri Maykl Makuei Lüet bildirib.

Qeyd olunub ki, BMT helikopteri hərbçiləri təxliyə etməyə çalışarkən Nasir şəhərində atəşə tutulub. Nəticədə, biri general olmaqla ən azı 28 hərbçi həlak olub.

“Həlak olan hərbçilərin dəqiq sayı hələ müəyyən edilməyib. Lakin general da daxil olmaqla, 28 nəfərin həlak olması barədə informasiya var”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью