BMT nin Kibercinayətkarlığa qarşı Konvensiyası təsdiq EDİLDİ

23.02.2026

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“İnformasiya və kommunikasiya texnologiyaları sistemlərindən istifadə etməklə törədilən müəyyən cinayətlərlə mübarizədə və ağır cinayətlərə aid olan sübutların elektron formada mübadiləsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi – Birləşmiş Millətlər Təşkilatının Kibercinayətkarlığa qarşı Konvensiyası” Azərbaycan Respublikasının müvafiq bəyanatları və qeyd-şərtləri ilə təsdiq edilib.

Redaktor.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Qanun imzalayıb.

Qeyd edək ki, konvensiya 2025-ci il oktyabrın 25-də Hanoy şəhərində imzalanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью