BMT nin rezident əlaqələndiricisi ilə ANAMA da görüş

20.10.2026

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisi Dmitro Şlapaçenko ilə görüş keçirib.   

XQ xəbər verir ki, görüşdə ANAMA-nın yaradılması tarixi, fəaliyyət istiqamətləri və işğaldan azad edilmiş ərazilərdə mina təhlükəsinin aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib. 

Dmitro Şlapaçenko humanitar minatəmizləmə fəaliyyətinin Qarabağda təhlükəsiz həyatın bərpasında mühüm rol oynadığını qeyd edib.  

Görüş zamanı tərəflər mina təhlükəsi ilə mübarizə sahəsində beynəlxalq əməkdaşlığın əhəmiyyəti, BMT ilə əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparıb. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью