Newscenter.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Həddindən artıq qeyri-sabitlik şəraitində beynəlxalq ictimaiyyət BMT-nin statusunu gücləndirməlidir.
Newscenter.az TASS-a istinadən bildirir ki. bunu Çin prezidenti Si Cinpin deyib.
O bildirib ki, beynəlxalq vəziyyət getdikcə dəyişikliklər və qeyri-sabitliklə müşahidə olunur. Bu da əsl çoxtərəfli yanaşmanın daha da tətbiqini və BMT-nin statusunun və rolunun gücləndirilməsini tələb edir.
"Çin BMT ilə əməkdaşlığı dərinləşdirməyə, dünyada sülhü və sabitliyi təşviq etməyə, bütün bəşəriyyət üçün ortaq gələcək icması qurmaq vizyonunu irəli sürməyə davam edəcək",-deyə Çin lideri bildirib.
Çin prezidentinin sözlərinə görə, BMT innovasiyalara uyğunlaşmalı və bunu etmək üçün təşkilat inamla islahat həyata keçirməli və effektivliyini artırmalıdır. Si Cinpin bütün ölkələrin maraqlarının bir-biri ilə sıx bağlı olduğunu bir daha vurğulayıb.
Anar