Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 29 may, AZƏRTAC BMT-nin Uşaq Hüquqları Komitəsinin 92-ci sessiyası çərçivəsində Azərbaycan Respublikası Hökumətinin BMT-nin “Uşaq Hüquqları haqqında Konvensiyası”na dair təqdim etdiyi beşinci və altıncı birgə dövri məruzəsi üzrə qəbul olunmuş Yekun Müşahidələrdə Konvensiyanın ölkəmiz tərəfindən implementasiyası istiqamətində atılmalı olan növbəti addımlara dair verilmiş tövsiyələrin 2024-cü il ərzində icra vəziyyətinin təhlili məqsədilə İşçi qrupun cari il üçün ilk iclası keçirilib.AZƏRTAC xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığlı ilə baş tutan dəyirmi masada aidiyyəti dövlət qurumlarını təmsil edən nümayəndələr tövsiyələr üzrə həyata keçirilən tədbirlər barədə məlumat veriblər.Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva komitənin tövsiyələrinin ölkəmiz tərəfindən icrasına dair həyata keçirilən tədbirləri, əldə olunan nəticələri və qarşıdakı hədəfləri diqqətə çatdırıb.
O bildirib ki, ölkənin gələcəyinin uğurlu olması üçün uşaqların sağlam böyüməsi, keyfiyyətli təhsil alması və dəyərlərə sadiq, vətənpərvər və milli ruhda tərbiyə olunması vacibdir.
Əgər biz gələcəyimizi güclü görmək istəyiriksə, bu gün uşaqlarımıza maksimum diqqət göstərməliyik.
Bu istiqamətdə isə İşçi qrupun önəmli rolunu nəzərə alaraq, daha real və funksional koordinasiyaya ehtiyac var.
Çıxışında son iki ildə əldə olunan nailiyyətlərə toxunan sədr müavini bildirib ki, hüquqi bazanın təkmilləşdirilməsi sahəsində mühüm addımlar atılıb: “Komitə tərəfindən hazırlanmış 10-a yaxın sənəd qəbul olunub.
Təhsil və səhiyyə sahəsində inklüzivliyin gücləndirilməsi, erkən və qohumlararası nikahların qarşısının alınması, həssas qrupdan olan uşaqların sosial təminatının artırılması istiqamətində mühüm tədbirlər həyata keçirilib”.
Uşaq hüquqları sahəsində qarşıda duran ən vacib məsələlərdən birinin təhlükəli informasiyalardan qorunma olduğunu vurğulayan sədr müavini bildirib ki, bu istiqamətdə təxirəsalınmaz və vacib addımlar atılmalıdır.