BMT nümayəndəsi: Azərbaycan özünü əla tərəfdaş kimi göstərib

05.06.2025

Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

"2024-cü ildə COP konfransı çərçivəsində davamlı inkişafa dair Bakı Bəyannaməsi qəbul edilib. Bu Bəyannamədən irəli gələrək bu il turizm sahəsində sosial, iqtisadi və ekoloji davamlılıqla bağlı çərçivə proqramının hazırlanması üzərində işləyirik".

Avtosfer.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında BMT-nin turizm üzrə icraçı direktoru Nataliya Bayona deyib.

N.Bayona əlavə edib ki, Azərbaycan BMT Turizmin fəaliyyətində əsas rol oynayır:

"Birincisi, ona görə ki, Azərbaycan İcraiyyə Şurasında təmsil olunur. Bu, bizim rəhbər orqanımızdır. İkincisi isə Azərbaycan BMT-nin himayəsi altında keçirilən beynəlxalq konfranslara ev sahibliyi edərək özünü əla tərəfdaş kimi göstərib".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью