Icma.az, Axar.az portalına istinadən məlumat yayır.
ABŞ Prezidenti Donald Tramp BMT qərargahının Nyu Yorkdan köçürülməsinə qarşı olduğunu bildirib.
Axar.az xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə "Politiko"ya verdiyi müsahibədə deyib.
"Düşünmürəm ki, bu, uyğundur. BMT Nyu Yorkdan ayrılmayacaq, ABŞ-dan ayrılmayacaq, çünki BMT-nin böyük potensialı var", - Tramp vurğulayıb.
Qeyd edək ki, daha əvvəl "Nyu York Tayms" qəzeti BMT rəsmisinə istinadən xəbər vermişdi ki, qlobal təşkilat vəsaiti tükənərsə, işini azaltmalı və ya hətta Nyu Yorkdakı qərargahını bağlamalı olacaq.