BMT: Qəzza 2025 ci ildə də humanitar yardım əməkdaşları üçün ən təhlükəli bölgə olub

19.08.2026

Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

2025-ci ildə dünyada 907 humanitar yardım əməkdaşı öldürülüb, yaralanıb və ya qaçırılıb.

APA xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatı (BMT) məlumat yayıb.

Məlumata görə, Qəzza 186 yardım əməkdaşının öldürülməsi ilə ardıcıl üçüncü il bu sahədə ən çox itkinin qeydə alındığı bölgə olub.

Siyahıda ikinci yerdə 71 humanitar yardım əməkdaşının öldürüldüyü Sudan qərarlaşıb.

Təşkilat həmçinin bildirib ki, 2026-cı ilin əvvəlindən indiyədək dünyada 82 yardım əməkdaşı öldürülüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью