BMT: Qəzzada atəşkəs pozulsa, böyük faciə yaşanacaq!

11.02.2025

Icma.az, Turkstan.az portalına istinadən məlumat verir.

BMT-nin baş katibi Antonio Quterreş bildirib ki, “Qəzzada münaqişənin yenidən başlamasının qarşısı alınmalıdır”, əks halda bu, “böyük faciəyə gətirib çıxaracaq”.

Turkustan.az xəbər verir ki, Quterreş X hesabında verdiyi açıqlamada, “Biz nəyin bahasına olursa-olsun Qəzzada hərbi əməliyyatların yenidən başlanmasının qarşısını almalıyıq ki, faciə yaşanmasın”-deyə, əlavə edib.
“Hər iki tərəf atəşkəs razılaşması çərçivəsində götürdüyü öhdəliklərə tam əməl etməli və ciddi danışıqlara davam etməlidir”, - deyən Quterreş HƏMAS-ı məhbusları planlaşdırıldığı kimi azad etməyə çağırıb.

Aytən Yaşar/ Turkustan.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью