BMT: Qəzzada dini və mədəni obyektlərin 50% dən çoxu İsrail tərəfindən zədələnib

10.06.2025

Icma.az, Operativ MM saytına istinadən bildirir.

İsrailin Qəzza zolağındakı hərəkətləri nəticəsində bütün dini və mədəni obyektlərin yarıdan çoxu zədələnib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə BMT Araşdırma Komissiyasının hesabatında deyilir.

“Qəzza zolağında bütün dini və mədəni obyektlərin yarısından çoxu mülki obyektlərin və infrastrukturun məhv edilməsi üzrə daha geniş kampaniyanın bir hissəsi olaraq İsrail təhlükəsizlik qüvvələrinin hücumları nəticəsində zərər görüb”, - deyə bildirilib.

Məlumata görə, bu cür hücumlar nəticəsində qadın və uşaqların da olduğu yüzlərlə insan həlak olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью