BMT: Qəzzada məktəblərin 88%i İsrailin hücumları nəticəsində dağıdılıb və ya zədələnib

12.01.2025

Apa.az saytına istinadən Icma.az xəbər verir.

Qəzza zolağında məktəb binalarının ən azı 88%-i İsrailin hücumları nəticəsində dağıdılıb və ya ciddi şəkildə zədələnib.

APA xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin hesabatına istinadən məlumat yayıb.

Məlumatlara görə, Qəzza zolağında İsrailin hücumları nəticəsində 564 məktəb binasından 496-sı (88%) dağıdılıb və ya ciddi şəkildə zədələnib.

Eyni zamanda bildirilir ki, Fələstin anklavında bütün binaların təxminən 69%-i dağıdılıb və ya zədələnib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью