Azvision saytından alınan məlumata görə, Icma.az bildirir.
Bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi (Fələstin üzrə) Ofisi bəyanat yayıb. Bəyanat aviazərbələr nəticəsində Qəzza zolağında yüzlərlə insanın öldüyünü təsdiqləyir.
"Bu, insafsızlıqdır. Yenidən dərhal atəşkəs rejiminə qayıdılmalıdır. Qəzza sakinləri ağlasığmaz əzablara dözüblər. Hərbi əməliyyatların dayandırılması, davamlı humanitar yardım, əsirlərin azadlığa buraxılmaları və əsas xidmətlərin, insanların dolanışıq vasitələrinin bərpası irəliyə doğru yeganə yoldur", - Mühənnəd Hadi vurğulayıb.
BMT Təhlükəsizlik Şurası toplanır
Xatırladaq ki, İsrail Ordusu bu gecə saatlarından başlayaraq Qəzza zolağını yenidən atəşə tutmağa başlayıb. Aviazərbələr nəticəsində 300-dən artıq mülki vətəndaş həyatını itirib. Eyni zamanda, Fələstinin HƏMAS qruplaşmasının bir sıra ali nümayəndəsi: "Baş naziri", "daxili işlər naziri" və başqaları zərərsizləşdiriliblər. BMT-nin Təhlükəsizlik Şurası vəziyyətin müzakirəsi ilə əlaqədar bu gün xüsusi iclas keçirəcək.
Firudin Həmidli
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin. "Bu, insafsızlıqdır. Yenidən dərhal atəşkəs rejiminə qayıdılmalıdır. Qəzza sakinləri ağlasığmaz əzablara dözüblər. Hərbi əməliyyatların dayandırılması, davamlı humanitar yardım, əsirlərin azadlığa buraxılmaları və əsas xidmətlərin, insanların dolanışıq vasitələrinin bərpası irəliyə doğru yeganə yoldur", - Mühənnəd Hadi vurğulayıb.