BMT: Qəzzanın şimalına humanitar yardımın çatdırılması yenə də çətindir

23.10.2025

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Qəzzanın şimalına birbaşa çıxışı təmin edən Zikim və Erez keçidlərinin hələ də bağlı olması bölgəyə humanitar yardımın çatdırılmasını son dərəcə çətinləşdirir

Bakıvaxtı.az "BBC"yə istinadən xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi (OCHA) məlumat yayıb.

Məlumata görə, atəşkəs razılaşması oktyabrın 10-da qüvvəyə mindikdən sonra qlobal təşkilat və onun tərəfdaşları xüsusilə Qəzza zolağının mərkəzi və cənubunda cavab tədbirlərini genişləndirməkdə irəliləyiş əldə ediblər. Lakin atəşkəsdən sonra Qəzzaya yardım axını yetərli deyil.

Həmçinin vurğulanıb ki, Qəzza üzrə əhali axınını izləyən BMT tərəfdaşları oktyabrın 10-dan bəri Zolağın cənubundan şimala doğru 425 mindən çox köçkün olduğunu bildiriblər.

Gülşən Şərif

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью