BMT Qəzzaya ərzaq tədarükünü 560 tona çatdırdı

18.10.2025

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

BMT-nin Ümumdünya Ərzaq Proqramı atəşkəsin qüvvəyə minməsindən sonra Qəzza zolağına gündəlik ərzaq tədarükünü 560 tona çatdırıb.

Ölkə.az TASS-a istinadən xəbər verir ki, bunu proqramın nümayəndəsi Abir Etefa Cenevrədə keçirilən brifinqdə bildirib.

"Qəzzaya gündəlik təqribən 560 ton ərzaq çatdırmağımıza baxmayaraq, hələ də bizə lazım olan hədəf göstəricisindən aşağıdayıq", - o qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью