BMT qüvvələri Livanı tərk edirlər

20.09.2026

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

BMT-nin Livandakı Müvəqqəti Qüvvələri (UNIFIL) ilin sonunda başlayacaq çıxarılma prosesi ərəfəsində öz funksiyalarının digər BMT qurumları və Livan ordusuna ötürülməsi üçün hazırlıq görürlər.

 "Reuters" xəbər verir ki, UNIFIL-in missiya rəhbəri və komandanı, italiyalı general-mayor Diodato Abaqnara bildirib ki, qurum BMT ilə humanitar yardımların təmin edilməsi, eləcə də Livan ordusu ilə həssas ərazilər barədə məlumat mübadiləsi istiqamətində artıq əməkdaşlıq edir.

Onun sözlərinə görə, UNIFIL-in bəzi mövqelərinin Livan ordusuna təhvil verilməsi çətin ola bilər. Buna səbəb sülhməramlıların mövqelərinin bir hissəsinin hazırda İsrail qüvvələrinin nəzarətində olan ərazilərdə yerləşməsidir.

BMT Təhlükəsizlik Şurasının 2025-ci ildə qəbul etdiyi 2790 saylı qətnaməyə əsasən, UNIFIL-in mandatı 31 dekabr 2026-cı ilədək sonuncu dəfə uzadılıb. Həmin tarixdən etibarən missiyanın fəaliyyətinin dayandırılması və şəxsi heyətin mərhələli, təhlükəsiz şəkildə Livandan çıxarılması nəzərdə tutulur. Çıxarılma prosesinin 31 dekabr 2027-ci ilədək başa çatdırılması planlaşdırılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью