BMT rəhbəri İsrail və “Hizbullah”a ÇAĞIRIŞ ETDİ

11.06.2026

Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.

BMT-nin Baş katibi Antoniu Quterreş Livanın ərazi bütövlüyünü və suverenliyini nəzərə alacaq atəşkəs danışıqlarının davam etdirilməsinə çağırıb.
Bizim.Media xəbər verir ki, bu barədə BMT-nin Baş katibi “X” sosial media hesabında paylaşım edib.
 

"Bütün tərəflər Livanın ərazi bütövlüyünə, suverenliyinə və siyasi müstəqilliyinə tam hörmət edən diplomatik tənzimləmə üzərində işləməlidirlər. Bu proses hər yerdə bütün tərəflər tərəfindən riayət edilən hərtərəfli atəşkəslə başlamalıdır", — deyə o, yazıb.


Quterreş qeyd edib ki, mart ayından bəri vəziyyətdə ciddi gərginləşmə müşahidə olunur. Onun sözlərinə görə, İsrail Livan ərazisində hərbi əməliyyatları gücləndirib, "Hizbullah" hərəkatı isə İsrail ərazisinə zərbələr endirir.
BMT Baş katibi Livanın ərazi bütövlüyü, suverenliyi və siyasi müstəqilliyinə hörməti təmin edəcək diplomatik həllin tapılmasının vacibliyini vurğulayıb.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью