BMT rəsmisi Azərbaycan məsəlini nümunə göstərdi

18.05.2026

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Azərbaycan böyük tədbirin evsahibi olaraq başa düşür ki, evin olması əsl dəyərdir, bu çox mühüm bir məhfumdur.

"Report" xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) Assambleyasının fəaliyyətdə olan prezidenti Nqa Kor Minq Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) açılış mərasimindəki çıxışında deyib.

O "Hər kəsin evi öz qibləsidir" ifadəsini Azərbaycan dilində səsləndirərək bunun əsrlər boyu belə olduğunu vurğulayıb:

"Özünü evdə hiss etmək olduqca vacibdir. Texnologiya bizim cəmiyyətimizi dəyişir. Məhz belə məqamda nəzərə almaq lazımdır ki, gələcək o gələcəyi quranlara məxsusdur".

N.K.Minq çıxışının sonunda "Dama-dama göl olar, axa-axa sel" deyimini də xatırladaraq iştirakçıları WUF13 çərçivəsində keçirilən tədbirlərdən faydalanmağa çağırıb.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью