BMT rəsmisi: “Dünyada karbon emissiyalarının 8,8 %i turizmin payına düşür”

20.11.2024

Icma.az, Report.az portalına istinadən məlumat verir.

Dünyada atmosferə buraxılan karbon emissiyalarının 8,8 %-i turizm sektorunun payına düşür.

"Report" xəbər verir ki, bunu BMT-nin Ətraf Mühit Proqramının icraçı katibi İnqer Anderson BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən Turizm sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə Nazirlərin Birinci Görüşündə bildirib.

"2030-cu ilə qədər dünyada karbon emissiyaları 41 % azalmalıdır ki, 1,5 dərəcə həddində qala bilək. Karbon emissiyalarını cəmi 28 % azaltsaq, 2 dərəcə həddinə çatacağıq. Odur ki, bu istiqamətdə çalışmaq üçün cəmi 5 ilimiz qalıb", - o vurğulayıb.

Onun sözlərinə görə, qlobal emissiyaların 8,8 %-i turizm sektorunun payına düşür: "Bu göstəricinin 70 %-i nəqliyyat vasitələrinin payına düşür. Bundan başqa, turizm sektorunda plastik və s. kimi materiallar istehlak olunur. Turizm sektorunda davamlılığa doğru irəliləmək üçün böyük imkanlar var".

Bizim Telegram kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью