BMT rəsmisi: Hüquqmühafizə orqanları iqlim dəyişmələri ilə bağlı proseslərə daha çox cəlb edilməlidir AZƏRTAC

15.11.2024

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 15 noyabr, AZƏRTAC

Hüquq-mühafizə orqanları iqlim dəyişmələri ilə bağlı proseslərə daha çox cəlb edilməlidir.

AZƏRTAC xəbər verir ki, bunu BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin icraçı direktoru və Vyana ofisinin rəhbəri Qada Vali BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Mavi Zonada keçirilən “İqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə orqanlarının səfərbər olunması” adlı yüksəksəviyyəli sessiyada deyib

Onun sözlərinə görə, bununla da ekoloji cinayətlərin qarşısının alınması üçün tədbirləri gücləndirmək mümkündür.

BMT rəsmisi Azərbaycanın COP29-a ev sahibliyini yüksək qiymətləndirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью