BMT rəsmisi: Minatəmizləmə uzun zaman aparacaq

22.05.2026

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 22 may, AZƏRTAC

BMT olaraq hazırda Azərbaycanda minatəmizləmə prosesinə dəstək göstəririk.

AZƏRTAC xəbər verir ki, bunu BMT-nin Baş katibinin müavini Amina Mohammed Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) yekun mətbuat konfransında deyib.

O bildirib ki, minatəmizləmə mühüm prosesdir və uzun zaman aparacaq.

BMT rəsmisinin sözlərinə görə, bu proses etimadın qurulması və infrastrukturun bərpası fonunda insanlar üçün daha təhlükəsiz icmaların formalaşdırılmasının bir hissəsidir.

Müxbir- Aytən Abbaslı

Fotoqraf- Əziz Kərim

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью