BMT rəsmisi: Sudanda aclıq böhranı daha da dərinləşir

15.07.2026

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Sudanda davam edən silahlı münaqişə, humanitar yardımların maliyyələşdirilməsinin kəskin azalması və Körfəz regionundakı müharibənin gətirdiyi iqtisadi çətinliklər səbəbindən kənd təsərrüfatı xərclərinin artması ölkədəki aclıq böhranını fəlakətli həddə çatdırıb.

XQ xəbər verir ki, bu barədə BMT-nin Ümumdünya Ərzaq Proqramının (WFP) icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Karl Skau “Reuters” agentliyinə verdiyi müsahibədə xəbərdarlıq edib.

K.Skaunun sözlərinə görə, Sudan hazırda qlobal miqyasda ən böyük humanitar böhranın yaşandığı ölkədir. Hazırda ölkədə təxminən 5 milyon nəfər fəlakətli səviyyədə ərzaq çatışmazlığı ilə mübarizə aparır. Həyata keçirilən genişmiqyaslı humanitar yardımlar humanitar fəlakətin qarşısını müəyyən qədər alsa da, ümumi vəziyyət kritikliyini qoruyur.

BMT rəsmisi vurğulayıb ki, 100 mindən çox sudanlı İnteqrə Edilmiş Ərzaq Təhlükəsizliyi Mərhələli Təsnifatının (IPC) ən pik — beşinci mərhələsinə bərabər olan birbaşa aclıq şəraitində yaşayır.

Sudan ordusu ilə Çevik Dəstək Qüvvələri (RSF) arasında artıq dördüncü ilinə qədəm qoyan qanlı vətəndaş müharibəsi milyonlarla dinc sakini didərgin salıb, ölkə infrastrukturunu tamamilə iflic edib. Beynəlxalq humanitar təşkilatlar təhlükəsizlik problemləri səbəbindən yardımların ehtiyacı olan bölgələrə çatdırılmasında ciddi maneələrlə qarşılaşdıqlarını bildirirlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью