BMT rəsmisi: WUF13 qlobal müzakirələr baxımından çox əhəmiyyətli platformadır

17.05.2026

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 17 may, AZƏRTAC

WUF13 forumu şəhərsalma üzrə ekspertlərin və təqdiqatçıların bir araya gələrək davamlı inkişaf, xüsusilə də mənzil təminatı ilə bağlı məsələlərin iqlim dəyişmələri və urbanizasiya prosesi nəzərə alınmaqla qlobal müzakirəsi baxımından çox əhəmiyyətli bir platformadır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Fillipin ofisinin layihələr üzrə əməkdaşı Ben Aquihon deyib.

O bildirib ki, iqlim dəyişmələri və urbanizasiya prosesi davamlı inkişafa təsir edən çağırışlardır: “Buna görə yalnız adekvat mənzil çatışmazlığı deyil, həm də iqlim dəyişikliyi məsələləri birgə nəzərə alınmalıdır”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью