BMT son 15 ildə ilk dəfə qaçqınların sayında azalma qeydə alıb

12.06.2025

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 12 iyun, AZƏRTAC

BMT son 15 il ərzində ilk dəfə olaraq dünya üzrə qaçqınların sayında azalma qeydə alıb.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat BMT-nin Qaçqınların işi üzrə Ali Komissarlığının hesabatına yer alıb. Sənədə əsasən, 2024-cü ildə qaçqınların ümumi sayı yarım milyondan çox azalıb. Bu, Suriyada silahlı münaqişə başlayandan bəri ilk belə haldır.

Eyni zamanda, ötən il 1,6 milyon qaçqın öz vətəninə qayıdıb. Ukraynada müharibənin davam etməsinə baxmayaraq, bu siyahıya həmin ölkənin vətəndaşları da daxildir. 2024-cü ildə ölkəsinə qayıdan ukraynalıların sayı 210 min nəfərə çatıb.

BMT qaçqınların sayının azalmasının mümkün səbəbləri arasında onları qəbul edən bir sıra ölkələrdə vəziyyətin pisləşməsini qeyd edib. Hesabatda vurğulanır ki, ukraynalılar xaricdə vətəndaş hüquqları ilə bağlı problemlərə görə geri qayıtmağa məcbur olurlar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью