Operativmedia saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Livanda İsrail və Livanın şiə "Hizbullah" hərəkatı arasında iki aydan az müddətdə gedən döyüşlərdə 200-dən çox uşaq həyatını itirib.
"Operativ Media" xəbər verir ki, bu barədə BMT Uşaq Fondu (UNICEF) məlumat yayıb.
UNICEF-in sözçüsü Ceyms Elder bildirib ki, son iki ay ərzində Livanda 200-dən çox uşaq öldürülüb.
O, həmçinin qeyd edib ki, Livanda hər gün orta hesabla üç uşaq həyatını itirir.