BMT Suriyanın şimalqərbində humanitar əməliyyatları dayandırıb AzPolitika onlayn siyasiictimai qəzet

04.12.2024

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

BMT-nin Suriyanın şimal-qərbində Hələb, İdlib və Həma əyalətlərində humanitar əməliyyatları təhlükəsizliklə bağlı narahatlıqlar səbəbindən dayandırılıb.

"Report"un məlumatına görə, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin məlumatında bildirilir.

“Döyüşlər humanitar yardımı da dayandırıb, Hələb, İdlib və Həmanın bəzi bölgələrində yardım əməliyyatları təhlükəsizliklə əlaqədar olaraq dayandırılıb”, - sənəddə bildirilir.

BMT əlavə edib ki, çətinliklərə baxmayaraq, humanitar təşkilatlar insanların ehtiyaclarını qiymətləndirmək və mümkün olan yerlərdə cavab tədbirlərini genişləndirmək üçün səfərbər olurlar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью